Bakı. Trend:
Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:29-da baş verib və 5,25 kilometr dərinliyə çatıb.
Qeyd olunur ki, Balıkəsirin Sındırgı rayonu AFAD tərəfindən fəlakət bölgəsi elan olunub.
