...

Qazaxıstanda patrul polisi dronlardan istifadə edəcək

Dünya xəbərləri Materials 22 Noyabr 2025 19:52 (UTC +04:00)
Qazaxıstanda patrul polisi dronlardan istifadə edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Atırau bölgəsində patrul polisi əməkdaşları avtomobil yollarında təhlükəsizliyə nəzarəti artırıb.

Trend-in məlumatına görə, polis yol hərəkətini izləmək və yollara çıxan heyvanları müəyyənləşdirmək məqsədilə dronlardan fəal şəkildə istifadə edir.

Havadan aparılan nəzarət təhlükəli vəziyyətlərin daha sürətli aşkarlanmasına və qəzaların qarşısının alınmasına şərait yaradır.

Bununla yanaşı, polis əməkdaşları gizli patrul xidməti, sürət rejiminə nəzarət, eləcə də yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin yoxlanılması kimi digər tədbirləri də həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti