...

Poqba 14 ay sonra ilk dəfə meydana çıxıb

İdman Materials 23 Noyabr 2025 07:18 (UTC +04:00)
Poqba 14 ay sonra ilk dəfə meydana çıxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba uzun fasilədən sonra ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, futbolçu Fransa Liqasının 13-cü turunda "Renn"ə qarşı keçirilən matçın (1:4) 85-ci dəqiqəsində Mamadu Koulibalini əvəz edib.

Xatırladaq ki, Poqba 2024-cü ilin fevralında antidopinq qaydalarını pozduğu üçün dörd il müddətinə futboldan kənarlaşdırılmışdı. Lakin oktyabr ayında İdman Arbitraj Məhkəməsi bu cəzanı 18 aya endirdi.

32 yaşlı yarımmüdafiəçi iyun ayında "Monako" ilə müqavilə imzalayıb. O, son dəfə 3 sentyabr 2023-cü ildə "Yuventus"un heyətində rəsmi oyuna çıxmışdı.

Poqba 2018-ci il Dünya çempionatının qalibi və 2016-cı il Avropa çempionatının gümüş mükafatçısıdır.

Xəbər lenti

Xəbər lenti