...

Bakının bu ərazilərində qaz olmayacaq

Cəmiyyət Materials 24 Noyabr 2025 10:11 (UTC +04:00)
Bakının bu ərazilərində qaz olmayacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Tbilisi prospekti" ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə 24.11.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz İB" məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə 6-cı, 7-ci və 9-cu mikrorayonların, Motodrom, Varovski və Xutor yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti