...

Cənubi Koreya öz vətəndaşlarına Venesuelanın bəzi bölgələrinə səfəri qadağan edib

Dünya xəbərləri Materials 22 Noyabr 2025 16:00 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreya, ABŞ ilə davam edən siyasi anlaşılmazlıqlar səbəbilə Venesuelanın sərhəd bölgələrində yerləşən Zulia, Tachira, Apure və Sucre ştatlarına səfər qadağası qoyub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ ilə yaşanan siyasi gərginliklər səbəbindən Venesuelaya qarşı ölkənin dörd pilləli səyahət xəbərdarlığı sisteminin ən yüksək səviyyəsi olan 4-cü dərəcə xəbərdarlıq tətbiq olunur.

Qadağanın Venesuelanın sərhədə yaxın bölgələrinə şamil edildiyi, ölkənin qalan hissəsi üçün isə vətəndaşlara həmin əraziləri tərk etmələrini tövsiyə edən 3-cü dərəcə səyahət xəbərdarlığının tətbiq ediləcəyi bildirilib.

Nazirlik əlavə edib ki, qanunlara əsasən, səfəri qadağan olunmuş bölgələrə xüsusi icazə almadan gedən və ya həmin yerlərdə qalan şəxslər barəsində cinayət məsuliyyəti tətbiq oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti