Bakı. Trend:
Florida hakimiyyəti tərəfindən müsadirə olunan 500-dən çox Çin istehsalı pilotsuz uçuş aparatı ABŞ hərbçilərinin genişmiqyaslı təlimlərində istifadə edilir.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, dronların əvvəlcə məhv edilməsi planlaşdırılsa da, daha sonra onlar dron atəşi üzrə təlimlərdə istifadə olunması üçün ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına (SOCOM) təhvil verilib.
Bildirilir ki, dekabr ayında keçiriləcək üçgünlük təlimlərdə amerikalı hərbçilər Çin dronlarını ov tüfənglərindən istifadə etməklə hədəf kimi vuracaqlar.
