Bakı. Trend:
"Fənərbaxça" Türkiyə Super Liqasının 13-cü turunda səfərdə "Rizespor"un qonağı olacaq.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Nelson Semedo cəzalıdır. Yarımmüdafiəçilər Sebastian Şimanski ilə Edson Alvares isə zədəlidirlər.
Qeyd edək ki, "Rizespor" - "Fənərbaxça" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.