Bakı. Trend:
La Liqanın prezidenti Xavyer Tebas diskvalifikasiya ilə üzləşə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir, buna səbəb onun “Barselona” ilə bağlı məxfi maliyyə məlumatlarını açıqlamasıdır.
Noyabrın 21-də İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa qarşı iş açıb. İttiham 2025-ci il aprelin 2-də La Liqanın rəsmi saytındakı bəyanat vasitəsilə "Barselona" tərəfindən verilən məxfi məlumatın ictimaiyyətə eelan edilməsidir.
"Barselona" isə Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna cavab olaraq La Liqa rəsmi saytından və digər rəsmi kanallardan bəyanatı silib. TAD Tebası günahkar hesab edərsə, o, ictimai töhmətdən tutmuş 2 aydan 1 ilədək işdən kənarlaşdırılma cəzası ilə üzləşəcək.