...

Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaq

Dünya xəbərləri Materials 22 Noyabr 2025 14:22 (UTC +04:00)
Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mütləq Döyüşçü Çempionatının (UFC) sabiq çempionu, əlbəyaxa döyüş sənətləri ustası Həbib Nurməhəmmədovun papaqları “Telegram”da hərraca çıxarılacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisi Pavel Durov elan edib.

Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyi bildirilir.

“Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörməti simvolizə edən kolleksiya predmetləri “Telegram”da hərraca çıxarılacaq”, - deyə Durov yazıb.

Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızında keçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasını başa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasında İrlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəmərini qazanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti