Bakı. Trend:
Çin, Tokionu Tayvanla bağlı “silahlı müdaxilə ilə hədələməkdə” ittiham edib və özünü müdafiə edəcəyini bildirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Çinin BMT-dəki nümayəndəsi Fu Conq BMT Baş katibi Antonio Quterreşə göndərdiyi məktubda, Yaponiya Baş naziri Sanae Takaiçinin “hər hansı hücumun Tokio tərəfindən hərbi cavab doğura biləcəyinə” dair sözlərinin beynəlxalq hüququn və diplomatik normaların ciddi şəkildə pozulması olduğunu yazıb.
“Əgər Yaponiya Tayvan boğazındakı vəziyyətə silahlı müdaxiləyə cürət edərsə, bu, təcavüz aktı sayılacaq. Çin BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək hüququndan qətiyyətlə istifadə edəcək və öz suverenliyini, ərazi bütövlüyünü möhkəm şəkildə qoruyacaq”, - deyə Fu Conq məktubunda yazıb