Bakı. Trend:
Transfer çalışmalarını davam etdirən “Qalatasaray” heyətinə daha bir legioneri cəlb etməyi planlaşdırır.
Trend xəbər verir ki, İstanbul təmsilçisi Fil dişi Sahilindən olan futbolçu Frank Kessyeni ilə maraqlanır.
Artıq futbolçunun meneceri ilə danışıqlar aparılır. Razılıq əldə olunarsa, yayda 28 yaşlı Kessyeni “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.
Futbolçu karyerası ərzində “Stella Klub” (Fil dişi Sahili), “Atalanta”, “Çezena”, “Milan” (hamısı İtaliya) və “Barselona” (İspaniya) klublarında çıxış edib. 2023-cü ildə isə o, “Əl-Əhli” ilə 3 illik müqavilə bağlamışdı.
