Bakı. Trend:
Oktyabrın 16-da "United Airlines"a məxsus "Boeing 737 Max" sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteoroloji məlumatlar üçün istifadə edilən hava şarı ilə toqquşduqdan sonra Yuta ştatının Solt-Leyk-Siti şəhərində təcili eniş edib.
Trend xəbər verir ki, bu barədə "New York Post" ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.
Vaşinqton ştatının Spokan şəhərindən hava şarını buraxan "WindBorne Systems" şirkəti vaxtaşırı ona nəzarəti itirdiyini etiraf edib ki, bu da insidentə səbəb ola bilər.
Nəşr bildirib ki, zond təyyarənin ön şüşəsini sındırıb və pilotların kabinəsi şüşə qırıntıları ilə dolub. Hadisədən sonra ekipaj təcili eniş edib. Sərnişinlərdən xəsarət alan olmayıb.
