Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, "Zirə" evdə “Qəbələ" ilə qarşılaşıb. Görüş meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə "Zirə" ikinci pilləyə yüksəlib. "Qəbələ" isə 5 xalla on birincidir.
Günün ilk görüşündə “Araz-Naxçıvan" ilə "Turan Tovuz" qarşılaşıblar. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.
