Bakı. Trend:
ABŞ və Çin silahlı qüvvələrinin nümayəndələri Havay ştatında görüşərək dəniz və hava təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, danışıqlar 18-20 noyabr tarixlərində keçirilib.
Bildirilib ki, tərəflər səmimi və konstruktiv müzakirələr apararaq əsasən dənizdə və havada mövcud təhlükəsizlik vəziyyəti barədə fikir mübadiləsi ediblər.
Görüş zamanı Çin ABŞ-nin naviqasiya əməliyyatlarının azadlığını tənqid edib. ABŞ qüvvələri Çinin suverenlik iddia etdiyi Tayvan boğazı və Cənubi Çin dənizi sularında fəaliyyət göstərir. Çin Hərbi Dəniz Qüvvələri Pekinin hər hansı pozuntuya və təxribatlara qarşı çıxdığını bəyan edib.
