...

ABŞ-nin Ukrayna ilə bağlı sülh planı yaxın günlərdə İsveçrədə müzakirə olunacaq

Dünya xəbərləri Materials 22 Noyabr 2025 18:00 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün hazırladığı sülh planı yaxın günlərdə İsveçrədə müzakirə olunacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.

Umerov sosial şəbəkədə yazdığı açıqlamasında qeyd edib ki, plan Ukrayna və ABŞ rəsmiləri tərəfindən nəzərdən keçiriləcək.

O əlavə edib ki, gələcək görüşlərdə Ukrayna heyəti ABŞ nümayəndələri ilə sülh planının mümkün parametrlərini müzakirə edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən hazırlanmış 28 maddəlik sülh planı artıq Kiyevə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti