...

Kiyev üçün irəli sürülən sülh planı yekun təklif deyil - Tramp

Dünya xəbərləri Materials 22 Noyabr 2025 22:46 (UTC +04:00)
Kiyev üçün irəli sürülən sülh planı yekun təklif deyil - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Ukraynada müharibənin həlli üçün Kiyevə təqdim etdiyi plan yekun təklif hesab edilə bilməz.

Trend xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Görüş zamanı Trampdan bu planın yekun olub-olmadığı barədə soruşulub və o, suala "Xeyr" cavabını verib.

Ağ Ev rəhbəri əlavə edib: "Biz sülhə nail olmaq istərdik və bu, çoxdan baş verməli idi. Biz bu və ya digər şəkildə buna son qoymağa çalışırıq".

Xəbər lenti

Xəbər lenti