...

Binəqədidə çoxmərtəbəli binada yanğın baş verib

Hadisə Materials 22 Noyabr 2025 21:10 (UTC +04:00)
Binəqədidə çoxmərtəbəli binada yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində vəziyyət qiymətləndirilərkən yanğının yeddimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN-in operativ müdaxiləsi sayəsində yanğın genişlənmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından qorunub.

Yanğın zamanı FHN-in qüvvələri təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakinini təxliyə edib.

Xəbər lenti

Xəbər lenti