Bakı. Trend:
Yeddiqat "Formula-1" çempionu Lyuis Hemilton Las Veqas Qran-prisində karyerasının ən aşağı təsnifat nəticəsini göstərib.
Trend xəbər verir ki, ilk dəfə olaraq Hemilton seçmə mərhələdə sonuncu yeri tutub.
O, həmçinin 2009-cu ildən bəri təsnifatda sonuncu olan ilk "Ferrari" pilotu olub.
Xatırladaq ki, Hemilton "Formula-1"də 2007-ci ildən bəri yarışır.
