...

Almaniya kansleri Ukrayna ilə bağlı danışıqları "çox çətin" adlandırıb

Dünya xəbərləri Materials 23 Noyabr 2025 23:36 (UTC +04:00)
Almaniya kansleri Ukrayna ilə bağlı danışıqları "çox çətin" adlandırıb

Bakı. Trend:

Ukrayna ilə bağlı danışıqlar çətin keçir.

Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts bildirilib.

Amlaniya kansleri ən azı atəşkəsə nail olmaq üçün mövqe barədə razılığa gələ biləcəklərinə ümid etdiyini deyib.

"Eşitdiyimə görə, bunlar olduqca çətin danışıqlardır, çünki indi ciddi vaxt sıxıntısı şəraitində söhbət ən azı atəşkəsin mümkün qədər tez əldə edilməsindən gedir", - deyə F.Merts "ProSieben" və "Sat1" televiziya kanallarına müsahibəsində qeyd edib. F. Merts hesab edir ki, atəşkəs razılaşması Rusiya ilə əsaslı dialoqun başlamasına imkan verəcək.

"DPA" xəbər agentliyinin Avropa İttifaqındakı mənbələri də danışıqları "çox çətin" adlandırıblar. Onların məlumatına görə, ABŞ Ukrayna tərəfi ilə görüş zamanı Kiyev nümayəndələrinə əhəmiyyətli dərəcədə təzyiq göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti