...

“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır - Antonio Konte

İdman Materials 23 Noyabr 2025 05:32 (UTC +04:00)
“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır - Antonio Konte
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda rəqibləri olan Azərbaycan çempionu “Qarabağ” barədə danışarkən onları bu mövsümün sürpriz komandası adlandırıb.

Trend xəbər verir ki, mütəxəssis matça ciddi hazırlaşdıqlarını qeyd edib: “Enerjimizi bərpa etməli və bu yeni çağırışa hazırlaşmalıyıq”.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” görüşü noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti