Bakı. Trend:
Yamayka hakimiyyəti bakterial leptospiroz xəstəliyinin yayılmasını elan edib, xəstəlik artıq altı insanın ölümünə səbəb olub.
Trend xəbər verir ki, epidemiyanın səbəbi Melissa qasırğasıdır.
2025-ci ilin oktyabrında Karib adasında baş verən 5-ci kateqoriyalı qasırğa fəlakətli daşqınlar və torpaq sürüşmələrinə yol açıb. Rəsmilər durğun və çirklənmiş suların xəstəliklərin yayılması üçün münbit şərait yaratdığını bildiriblər.
Leptospiroz yoluxmuş heyvanların sidiyi ilə çirklənmiş su və ya torpaq vasitəsilə yayılır. İnfeksiya insan bədəninə dəridəki kəsiklər, eləcə də gözlər, burun və ağız vasitəsilə daxil ola bilər.
Səlahiyyətlilər daşqın suları ilə təmasda olan hər kəsi təhlükə barədə xəbərdar ediblər.
