Bakı. Trend:
ABŞ-nin Çikaqo şəhərinin mərkəzində Milad ağacının işıqlandırılması mərasimi başa çatdıqdan sonra baş verən atışmada yeddi nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, polis cümə axşamı Çikaqonun mərkəzində baş verən atışmada azı yeddi nəfərin yaralandığını bildirib.
