...

Kir Starmer Donald Trampla Ukrayna planını müzakirə edib

Dünya xəbərləri Materials 23 Noyabr 2025 00:01 (UTC +04:00)
Kir Starmer Donald Trampla Ukrayna planını müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika planını müzakirə edib.

Trend xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Liderlər danışıqlar qruplarına 23 noyabrda Cenevrədə keçiriləcək görüşdə Ukrayna planını müzakirəyə davam etməyi tapşırıb.

Qeyd olunur ki, Starmer Trampla danışıqdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib. Britaniya Baş nazirinin sözçüsü əlavə edib ki, Starmer və Tramp noyabrın 23-də yenidən telefon danışığı aparmağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti