...

Qırğızıstanda seçkilərdən sonra iğtişaş hazırlayan qrup zərərsizləşdirilib

Dünya xəbərləri Materials 23 Noyabr 2025 00:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Daxili İşlər Nazirliyi parlament seçkilərindən sonra kütləvi iğtişaşlar törətməyi planlaşdıran qrupu ifşa edərək fəaliyyətinin qarşısını alıb.

Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti sosial şəbəkələrdə açıqlama yayıb.

Bildirilib ki, qrupun tərkibinə siyasi xadimlər, keçmiş deputatlar, sabiq dövlət qulluqçuları və güc strukturlarının əməkdaşları daxil olub. Onlar tərəfdarları, o cümlədən OPG və idman birliklərini təxribat və toqquşmalara cəlb edərək seçkilərdən sonra kütləvi iğtişaş yaratmağa çalışıblar.

Seçki nəticələri elan edildikdən sonra ölkənin cənubundan başlayaraq Bişkek və bölgələrdə mitinqlər təşkil etməyi planlaşdıran 10 nəfər saxlanılıb. Qrup kütləvi narazılıq görüntüsü formalaşdırmaq istəyib.

Mətbuat xidmətinin məlumatına görə, onların planına antikonstitusion çağırışlar, inzibati binaların, telekanalların, güc strukturlarına məxsus obyektlərin, silahların və penitensiar müəssisələrin ələ keçirilməsi də daxil olub.

Axtarışlar zamanı silah və sursat, qumbaralar, rabitə vasitələri, 150 min ABŞ dolları, iğtişaşların maliyyələşdirilməsinə dair sənədlər, fəaliyyət planları və narkotik vasitələr götürülüb.

Qırğızıstanın birpalatalı parlamentinə növbədənkənar seçkilər 30 noyabr 2025-ci ildə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti