Bakı. Trend:
İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində Azərbaycan qadın şahmat yığması Qazaxıstan komandası ilə qarşılaşıb.
Trend-in məlumatına görə, tərəflər iki oyun keçirib və hər iki görüş 2:2 hesabı ilə başa çatıb.
Qalib müəyyən olunmadığı üçün finala vəsiqə sabah keçiriləcək taybreyk oyununda bəlli olacaq.
Yığmanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva çıxış ediblər. Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də yekunlaşacaq.
