Bakı. Trend:
İtaliyanın kişi tennis yığması 2025-ci il Devis Kubokunda çempion olub. Final qarşılaşmasında İtaliya millisi İspaniyanı 2:0 hesabı ilə üstələyib.
Trend-in məlumatına görə, komandanın həlledici xalını dünya reytinqində 22-ci pillədə qərarlaşan Flavio Kobolli qazandırıb. O, 36-cı raket Xaume Munara qarşı matçda 1:6, 7:6 (7:5), 7:5 hesablı geridönüş edib.
Finalın ilk oyununda Matteo Berrettini Pablo Karreno-Bustanı 6:3, 6:4 hesabıyla məğlub edərək İtaliyaya üstünlük qazandırıb.
Beləliklə, İtaliya millisi Devis Kubokunu ardıcıl üçüncü dəfə əldə edib.