...

"Fənərbağça" qələbə qazanıb, "Beşiktaş" xal itirib - Türkiyə Superliqası

İdman Materials 24 Noyabr 2025 00:17 (UTC +04:00)
"Fənərbağça" qələbə qazanıb, "Beşiktaş" xal itirib - Türkiyə Superliqası

Bakı. Trend:

Türkiyə Superliqasında XIII turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Rizəspor”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Beşiktaş” isə evdə “Samsunspor”la heç-heçə edib - 1:1.

Hazırda “Fənərbağça” 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti