...

Çilidə iki avtobusun toqquşması 4 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 23 Noyabr 2025 08:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çilinin şimalındakı Antofaqasta bölgəsində iki şəhərlərarası avtobusun toqquşması nəticəsində 4 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi Xidməti məlumat yayıb.

Qəza Antofaqasta bələdiyyəsinin Şimal 5 şossesi üzərində, Varillas məhəlləsi yaxınlığında baş verib.

Rəsmilərin bildirdiyinə görə, yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Daha 35 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti