...

Türkiyə 300 qanunsuz əfqan miqrantı deportasiya edib

Dünya xəbərləri Materials 23 Noyabr 2025 06:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müxtəlif tarixlərdə Türkiyəyə qanunsuz daxil olan və Van vilayətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 300 qanunsuz əfqan miqrant Əfqanıstana geri göndərilib.

Trend xəbər verir ki, miqrantlar Əfqan Hava Yollarına məxsus təyyarələrlə ölkələrinə deportasiya olunublar.

Rəsmilər bildiriblər ki, Türkiyə qanunsuz miqrasiyaya qarşı mübarizəni qətiyyətlə davam etdirir.

Xəbər lenti

Xəbər lenti