...

Trampın sərvəti 1,1 milyard dollar azalıb

Dünya xəbərləri Materials 23 Noyabr 2025 07:35 (UTC +04:00)
Trampın sərvəti 1,1 milyard dollar azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabr ayından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara enib.

Trend xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına əsasən, itkilər Trump Media & Technology Group şirkətinin səhmlərinin ucuzlaşması ilə bağlıdır. Sentyabrda təxminən 17 dollara ticarət olunan səhmlərin qiyməti hazırda 10,30 dollara düşüb.

Bu dəyişikliklə Tramp Forbes milyarderlər siyahısında 595-ci pilləyə geriləyib. Sentyabrın əvvəlində jurnal onun sərvətini 7,3 milyard dollar qiymətləndirərək siyahıda 201-ci yerdə göstərmişdi.

Xəbər lenti

Xəbər lenti