Bakı. Trend:
Avropanın Ukrayna böhranının həlli ilə bağlı Amerika təkliflərinə qarşı əks-planı Ukrayna Silahlı Qüvvələrinin və Ukraynanın müdafiə sənayesinin həcminin məhdudlaşmayacağını nəzərdə tutur.
Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti sənədə istinadən xəbər verib.
24 maddəlik Avropa planında qeyd edilib ki, "münaqişənin hər iki tərəfi havada, quruda və dənizdə heç bir şərt qoyulmadan hərbi əməliyyatların tamamilə dayandırılmasına öhdəlik götürür" və ərazi danışıqları mövcud təmas xəttinə əsasən başlamalıdır.
Tərəflərin dərhal "ABŞ və Avropa ölkələrinin iştirakı ilə atəşkəs monitorinqinin texniki tətbiqi ilə bağlı danışıqlara başlamaq" barədə razılığa gəlmələri təklif olunub. Monitorinqin özünün ABŞ-nin rəhbərliyi altında, "əsasən uzaqdan - peyklərdən, dronlardan və digər texnoloji vasitələrdən istifadə etməklə - ehtimal edilən pozuntuları araşdırmaq üçün çevik yerüstü komponentlə" həyata keçirilməsi ehtimal edilib.
Avropa planına görə, Ukrayna Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiə prinsipini təsbit edən 5-ci maddəsinin ruhuna uyğun olaraq "ABŞ-dən da daxil olmaqla, güclü, hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri" almalıdır.