...

ABŞ nümayəndə heyəti ilə görüşü məhsuldar olub - Yermak

Dünya xəbərləri Materials 23 Noyabr 2025 22:22 (UTC +04:00)

Bakı. Trend:

Danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri və Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Cenevrədə Amerika nümayəndə heyəti ilə ilk görüşü məhsuldar adlandırıb.

Trend-in məlumatına görə, bu barədə A.Yermak öz "Telegram" kanalında yazıb.

"Cenevrədə Amerika nümayəndə heyəti ilə danışıqların ilk sessiyası bu yaxınlarda başa çatıb. Təsdiq etmək istəyirəm: hörmətli Amerika nümayəndə heyəti ilə çox məhsuldar ilk görüşümüz olub. Çox yaxşı irəliləyiş əldə etdik", - deyə o bildirib.

O, yaxın gələcəkdə ikinci görüşün keçiriləcəyini açıqlayıb.

"Bu gün tezliklə ikinci görüş keçiriləcək və orada avropalı tərəfdaşlarımızın iştirakı ilə ortaq təkliflər üzərində işləməyə davam edəcəyik", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti