...

ABŞ və Ukrayna Zelenskinin bu həftə səfərinin mümkünlüyünü müzakirə edirlər

Dünya xəbərləri Materials 24 Noyabr 2025 03:56 (UTC +04:00)
ABŞ və Ukrayna Zelenskinin bu həftə səfərinin mümkünlüyünü müzakirə edirlər

Bakı. Trend:

ABŞ administrasiyasının rəsmiləri Ukrayna rəsmiləri ilə Ukrayna prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə səfər etmə ehtimalını müzakirə edirlər.

Trend-in məlumatına görə, bu barədə "CBS News" öz mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, Zelenskinin ABŞ-yə yeni səfəri ABŞ prezidenti Donald Trampın bu il 27 noyabrda qeyd olunan Şükranlıq günündən əvvəl Ukraynadakı böhranın həlli üçün razılığa gəlmək səyləri çərçivəsində baş tuta bilər.

Eyni zamanda, kanalın mənbələri yeni səfərin mümkünlüyünün ABŞ və Ukrayna arasında Cenevrədə aparılan danışıqların nəticəsindən asılı olacağını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti