...

Rubio ABŞ-ın planını Ukrayna üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb

Dünya xəbərləri Materials 23 Noyabr 2025 09:37 (UTC +04:00)
Rubio ABŞ-ın planını Ukrayna üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Marko Rubio Vaşinqtonun təklif etdiyi planı Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb.

Trend xəbər verir ki, bu barədə Rubio X sosial şəbəkəsində yazıb: “Sülh təklifi ABŞ tərəfindən hazırlanıb. O, davam edən danışıqlar üçün möhkəm əsas kimi təqdim olunub”.

“Reuters”in Dövlət Departamentinin sözçüsünə istinadla yaydığı məlumata görə, Rubio şənbə günü Vaşinqtondan Cenevrəyə yola düşüb. Burada Vaşinqtonun təklif etdiyi nizamlanma planı üzrə aparıcı Aİ ölkələri, həmçinin ABŞ və Ukrayna nümayəndələri ilə danışıqlar noyabrın 23-nə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti