Bakı. Trend:
ABŞ administrasiyası və Ukrayna Ukrayna böhranının həlli planı razılışdırıldıqça Avropa tərəfdaşları ilə əlaqələri davam etdirmək niyyətindədirlər.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin Cenevrədə keçirilən məsləhətləşmələrdən sonra 23 noyabrda dərc etdiyi iki ölkənin birgə bəyanatında deyilib.
"Ukrayna və ABŞ yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək barədə razılığa gəliblər. Proses irəlilədikcə onlar həmçinin Avropa tərəfdaşları ilə sıx əlaqə saxlayacaqlar", - deyə sənəddə bildirilib.
Bəyanatda layihə sənədi ilə bağlı "son qərarı" ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski verəcəyi vurğulanıb.