...

Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

Dünya xəbərləri Materials 23 Noyabr 2025 13:45 (UTC +04:00)
Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasının göstərişlərinə əməl etməməyə hərbçiləri çağıran Demokrat Partiyasının senator və konqresmenlərini xəyanətkar adlandırıb.

Trend xəbər verir ki, o, bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

O bildirib: "Hərbçiləri mənim əmrlərimə tabe olmamağa səsləyən xəyanətkarlar dərhal həbs edilməlidir… Bu, ən ağır səviyyədə üsyana təhrikdir və üsyana təhrik ciddi cinayətdir".

Sonrakı paylaşımında Tramp əlavə edib ki, bir çox hüquqşünaslar bu addımı cinayət kimi dəyərləndirir.

Xəbər lenti

Xəbər lenti