...

Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 23 Noyabr 2025 19:04 (UTC +04:00)
Bəzi ərazilərdə qaz olmayacaq

Bakı. Trend:

Sabah Sumqayıtda 750 abonentə qazın verilişində fasilələr olacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 24-ə saat 10:00-dan etibarən şəhərin Çerkassı küçəsində qazın verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti