Bakı. Trend:
Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kameron prostat xərçəngindən müalicə aldığını açıqlayıb.
Trend-in məlumatına görə, 2010-cu ildən 2016-cı ilə qədər hökumətə rəhbərlik etmiş siyasətçi bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb.
D.Kameron problemin erkən aşkarlanmasının müalicə şansını necə artırdığı barədə radioda bir xəbəri eşitdikdən sonra 2024-cü ildə prostat xəstəliyinin erkən aşkarlanması üçün skrininq testi etmək qərarına gəldiyini bildirib. Mühafizəkarlar Partiyasının keçmiş lideri tərəfindən aparılan təhlillər və əlavə testlər bunun xərçəng olduğunu təsdiqləyib.
Bundan sonra 2025-ci ilin iyun ayında siyasətçi xərçəng hüceyrələrini məhv etmək üçün iynələr vasitəsilə elektrik impulslarının ötürülməsini əhatə edən "fokus" terapiyasından keçdi. Müalicə uğurlu oldu.