Bakı. Trend:
Pakistanın Peşəvər şəhərində polis idarəsi terror hücumuna məruz qalıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, terrorçulardan biri özünü partladıb, digər terrorçularla polis arasında silahlı toqquşma baş verib. İki terrorçu zərərsizləşdirilib.
Hücum nəticəsində azı 3 polis əməkdaşı ölüb, 5 nəfər yaralanıb.
