...

Ankara ilə Bakı arasında formalaşan müttəfiqlik regiondakı proseslərin effektiv şəkildə idarə olunmasına imkan verir - Kadir Təmiz

Siyasət Materials 24 Noyabr 2025 11:04 (UTC +04:00)
Ankara ilə Bakı arasında formalaşan müttəfiqlik regiondakı proseslərin effektiv şəkildə idarə olunmasına imkan verir - Kadir Təmiz
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik münasibətləri regionda baş verən proseslərin daha effektiv şəkildə idarə olunmasına imkan verir. Mütəxəssislər bildirirlər ki, iki ölkə ayrı dövlətlər olsa da, maraqları və siyasətləri müxtəlif məqamlarda fərqlənə bilər. Lakin strateji vizyonun və əsas prinsiplərin uyğunluğu bu müttəfiqliyin təməl şərtidir və bu, digər ölkələr üçün də qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından ciddi mesajdır.

Trend-in bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edən Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz bildirib.

Onun sözlərinə görə, Türkiyənin Orta Şərq siyasətini formalaşdıran əsas istiqamətlərin Azərbaycan–Türkiyə əməkdaşlığı ilə uyğunlaşdırılması müzakirə olunmalıdır:

"Türkiyənin bölgə siyasətinin üç aparıcı xətti xüsusilə diqqət çəkir: Bunlardan birincisi təhlükəsizlik sabitlik yanaşmasıdır

Türkiyənin Orta Şərq vizyonunun əsasını təhlükəsizlik və sabitlik konsepsiyası təşkil edir. MİT və Müdafiə Nazirliyinin rəsmi sənədlərində də vurğulandığı kimi, Ankara bölgədə sabitləşdirici aktor kimi çıxış edir.
Suriyada həyata keçirilən əməliyyatlar və İraqdakı aktiv fəaliyyətlər bəzən tənqid olunsa da, ekspertlər bunun əksinə olaraq regionun dövlət kapasitesinin gücləndirilməsi və yaranan boşluqların terror qrupları tərəfindən doldurulmasının qarşısının alınması məqsədi daşıdığını bildirirlər. Bu siyasət həm Türkiyə üçün təhlükəsizlik təminatı, həm də regionda nizamın bərpası baxımından vacib hesab olunur.

İkinci isə diplomatik normallaşma və regional əməkdaşlıqdır. 2017-ci ildə prezident idarəetmə sisteminə keçidlə birlikdə Türkiyənin xarici siyasətdə daha çevik və operativ mexanizmlərdən istifadə etməyə başlanıb. Bu dövrdən etibarən Ankara Suriya, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və digər regional ölkələrlə yaşanan gərginlikləri sürətlə aradan qaldıraraq nəqliyyat, enerji və ticarət sahələrində yeni dialoq kanalları açıb. Suriya ilə aparılan danışıqlar, Misirlə münasibətlərin bərpası, Sudan və Liviya istiqamətlərində genişləndirilən əməkdaşlıq, eləcə də Şərqi Aralıq dənizində koordinasiya cəhdləri diplomatik normallaşma siyasətinin əsas nümunəsi kimi göstərilir".

"Geoekonomik bağlantı və yeni layihələrdir. Türkiyənin Orta Şərq strategiyasının üçüncü sütunu enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərini əhatə edən geoekonomik layihələrdir. Bu aspekt xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji ötürmə xətləri və logistika marşrutları iki ölkəni tamamlayıcı əməkdaşlıq modelinə çevirir. Bundan əlavə, Türkiyənin İraqla birgə həyata keçirdiyi “İnkişaf yolu” layihəsi – Basradan başlayıb Türkiyə üzərindən Avropaya uzanan nəqliyyat xətti – bölgədə yeni iqtisadi inteqrasiya imkanları yaradır. Əgər gələcəkdə Suriya da sabitləşərsə, bu xəttin genişləndirilməsi mümkün ola bilər.

Nəticədə, Türkiyənin Orta Şərq siyasətinin bu üç əsas istiqaməti – təhlükəsizlik, diplomatik normallaşma və jeoekonomik bağlantısallıq – Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Bu model həm iki ölkənin regional nüfuzunu artırır, həm də Orta Şərq və Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni platformalar yaradır", - deyə Kadir Temiz bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti