Bakı. Trend:
ABŞ-nin "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 1300 məhsuldar hərəkət edən ilk futbolçu olub.
Trend-in məlumatına görə, o, bu nailiyyətə Əsas Futbol Liqasının (MLS) dörddəbir final pley-off matçında Sinsinnatiyə qarşı (4:0) bir qol vurmaqla və üç məhsuldar ötürmə etməklə çatıb.
Argentinalı futbolçu karyerasında 896 qol vurub və 404 məhsuldar ötürmə edib. O, "Barselona"da 941, "İnter Mayami"də 117, "Pari Sen-Jermen"də 66 və Argentina millisində 176 qol vurub. Buna nail olmaq üçün ona 1135 oyun lazım olub.