...

Gürcüstanda yol tikintisi zamanı torpaq sürüşməsi olub, dörd nəfər həlak olub

Dünya xəbərləri Materials 24 Noyabr 2025 06:02 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda Kveşeti-Kobi avtomobil yolunun tikintisi zamanı dörd nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Yol Departamenti xəbər verib.

Məlumata əsasən, istinad divarının tikintisi zamanı torpaq sürüşməsi baş verib. Dağıntılar altında beş nəfər qalıb. Beş nəfərin hamısı Türkmənistan və Çin vətəndaşı olub. Hadisə nəticəsində dörd nəfər həlak olub, daha bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində Gürcüstan Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları və Yol Nəqliyyatı Departamentinin nümayəndələrinin çalışdığı bildirilib. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti