...

Taylandda 17 oteldən turistlər daşqın səbəbindən təxliyə edilib

Dünya xəbərləri Materials 24 Noyabr 2025 08:58 (UTC +04:00)

Bakı. Trend:

Taylandda turizm polisi daşqınlar səbəbindən ölkənin cənubundakı Hatyay şəhərindəki 17 oteldən turistləri təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə Tayland polisinin məlumatında bildirilib.

Məlumata əsasən, söhbət Malayziya, Sinqapur və İndoneziya vətəndaşlarının təxliyəsindən gedir.

"Turizm polisi 17 oteldən turistləri Hatyay bələdiyyəsindəki müvəqqəti sığınacağa təxliyə edib və orada onlara yemək və içməli su verilib. Hatyay Hava Limanı adi rejimdə fəaliyyətini davam etdirir", - deyə qeyd edilib.

Tayland turizm orqanları səyahətçilərə Hatyay şəhər mərkəzinə, xüsusən də güclü yağışlar nəticəsində su altında qalan düzənlik ərazilərə baş çəkməkdən çəkinməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti