...

Yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana ixrac edilən neftin həcmi məlum oldu

Energetika Materials 24 Noyabr 2025 10:39 (UTC +04:00)
Yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana ixrac edilən neftin həcmi məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Bolqarıstana ümumilikdə 48,2 milyon dollar dəyərində 79,3 min ton bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,2 milyon dollar və ya 4,9 faiz artıb, həcm baxımından isə1,6 min ton və ya 2 faiz azalıb.

2024-cü ilin ilk 10 ayında Azərbaycandan Bolqarıstana 80,9 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu (46 milyon ABŞ dolları dəyərində).

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti