...

İranda su çatışmazlığı ciddi hal ala bilər - Yağıntılar və su ehtiyatı azalıb

Dünya xəbərləri Materials 24 Noyabr 2025 10:19 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda son 58 ildə ən az yağıntı bu il qeydə alınıb, su anbarlarının ehtiyatı üçdə birə azalıb.

Trend-in məlumatına görə, bunu İranın Su Ehtiyatlarının İdarəolunması Şirkətinin rəsmisi Firuz Qasimzadə yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 23 sentyabrdan bəri ölkədə yağıntıların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 78%, uzunmüddətli proqram çərçivəsində isə 81% azalıb.

Qasimzadə əlavə edib ki, eyni zamanda 23 sentyabrdan bəri ölkənin su anbarlarına daxil olan suyun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 38% azalıb.

Şirkət rəsmisi deyib ki, ölkənin su anbarlarında su ehtiyatının həcmi 32% təşkil edir. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 26% azdır.

Qasimzadə qeyd edib ki, Tehran, İsfahan, Rəzəvi Xorasan, Qum, Hörmüzqan, Zəncan, Kirman və mərkəzi vilayətlərdə su anbarlarında vəziyyət daha pisdir.

Onun sözlərinə görə, hazırda əsasən də paytaxt Tehranda su təminatı daha çox istehlakçılardan asılıdır.

Qeyd edək ki, İranın quraqlıq zolağında yerləşdiyini nəzərə alan ölkə rəsmiləri müxtəlif sahələrdə su istehlakının azaldılması və nəzarət olunmasının vacibliyini vurğulayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti