Bakı. Trend:
AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Trend xəbər verir ki, bu barədə AFFA məlumat
yayıb.
Bildirilib ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində
keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun
UEFA nümayəndəsi olacaq.
Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.
