Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, Mavriki Respublikasının sabiq prezidenti (2015-2018) Amina Gurib-Fakim, Malavinin sabiq prezidenti (2012-2014) Coys Banda və Nigeriyanın sabiq prezidenti (1976-1979; 1999-2007) G20 toplantısında iştirak edirlər.
Trend xəbər verir ki, toplantı çərçivəsində dünya liderləri və beynəlxalq təşkilatların nümayəndələri qlobal çağırışlar, iqlim dəyişiklikləri, qida təhlükəsizliyi, eləcə də dayanıqlı inkişaf məsələləri üzrə müzakirələr aparıblar. Amina Gurib-Fakim və Coys Banda tədbirdə qadın liderliyinin gücləndirilməsi, inklüziv iqtisadi inkişaf və təhsil imkanlarının genişləndirilməsi kimi mövzularda çıxış ediblər.
Afrika Liderləri Borc Yüngülləşdirmə Təşəbbüsünün (ALDRI) Sədri, Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanjo çıxışında inkişaf etməkdə olan ölkələrin borc yükünün azaldılmasının qlobal iqtisadi sabitlik üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.