...

Alimlər sümükləri möhkəmləndirən təbii vasitə tapıblar

Dünya xəbərləri Materials 24 Noyabr 2025 13:40 (UTC +04:00)
Alimlər sümükləri möhkəmləndirən təbii vasitə tapıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Giləmeyvələrdən alınan polifenollar sümük möhkəmliyini dəstəkləyə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nəticəyə İtaliyanın Milan və Pavia Universitetlərinin alimləri gəliblər.

Araşdırmanın nəticələri “Nutrients” elmi jurnalında çap olunub.

Araşdırmaya əsasən, müntəzəm olaraq antosianlar (giləmeyvələrin əsas polifenolları) qəbul edən orqanizm sümük mineral sıxlığının (BMD) daha yüksək olması müşahidə olunur. Qaragilə və qara qarağatla aparılan kiçik klinik sınaqlar da BMD-də və sümük mübadiləsinin ayrı-ayrı markerlərində orta dərəcəli yaxşılaşmalar üzə çıxıb.

Eksperimentlərdə giləmeyvə ekstraktları osteoklastların (sümüyü parçalamağa cavabdeh olan hüceyrələrin) aktivliyini azaltdığı, osteoblastların fəaliyyətini gücləndirdiyi və sümük toxumasını iltihabi və oksidativ stressdən qoruduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti