Bakı. Trend:
Türkiyənin Adana şəhərində polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyatçıları narkotik vasitələrin qanunsuz alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əməliyyatın gedişində 18 nəfər saxlanılıb. Şübhəli şəxslərin ünvanlarında aparılan axtarışlarda 2 kiloqram 75 qram marixuana, 5 ədəd çətənə kolları, iqlimləndirmə avadanlıqları, 48 qram kokain, 11 qram metamfetamin, 9 ədəd bonzay xammalı, 10 qram bonzay, 73 ədəd sintetik dərman vasitəsi , qeydiyyatı olmayan tapança və 46 güllə aşkarlanaraq müsadirə olunub.
