...

Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş səylər region üçün tarixi imkan açır - Papuaşvili

Dünya xəbərləri Materials 24 Noyabr 2025 14:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasına yönəlmiş səylər bizim geniş regionumuz üçün tarixi imkan açır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara dəniz İqtisadi Əməkdaşlığı Parlament Assambleyasının 66-ı iclasında çıxışı zamanı deyib.

“Həmçinin mən bölgəmiz üçün tarixi bir imkanın olduğunu vurğulamaq istəyirəm: Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinə nail olmağa yönəlmiş səyləri nəzərdə tuturam. Artıq yerində sülh əldə olunub ki, bu, Cənubi Qafqazın təhlükəsizlik mənzərəsini dəyişir və iqtisadi, eləcə də əlaqələndirici baxımdan bütün Qara dəniz regionu üçün böyük potensial açır. Biz həmçinin Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayırıq”, – deyə Şalva Papuaşvili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti